Həkimlər 79 yaşlı Braziliya Prezidenti Luis İnasio Lula da Silvaya qulağın iltihabı diaqnozu qoyublar. Bu barədə “G1” portalı məlumat yayıb. Portalın xəbərində deyilir ki, bazar ertəsi, mayın 26-da dövlət başçısının başı gicəllənib və klinikaya gedib, orada ona labirintit diaqnozu qoyulub. Braziliya lideri müayinədən sonra evə buraxılıb və hazırda rəsmi iqamətgahındadır.
Mətləb