NATO-nun baş katibi Mark Rutte alyansın iyun sammitinin qısa, səmimi və Ukrayna ilə bağlı ictimai parçalanma olmadan keçirilməsini istəyir. Bu barədə “The New York Times” Avropa rəsmiləri və diplomatlarına istinadən yazır. Ukraynanın gələcəyi ilə bağlı müttəfiqləri ilə fikir ayrılığı olan ABŞ prezidenti Donald Tramp və prezident Vladimir Zelenskinin iştirakı narahatlıq doğurur.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Ukrayna liderinin sammitin açılışı münasibətilə əsas şam yeməyinə dəvət edilib-edilməyəcəyi hələlik məlum deyil. Növbəti gün liderlər yeni müdafiə xərcləri hədəflərini təsdiqləmək üçün cəmi bir neçə saat görüşəcəklər. Zelenski paralel müdafiə sənayesi forumunda iştirak edə bilər, lakin Ukrayna-NATO Şurasının iclası bu il baş tutmaya bilər.
Surxay Əliyev