Bu ilin sonunda İraqın paytaxtı Bağdad şəhərində metro şəbəkəsinin tikintisinə başlanacaq. Bu barədə İraq Baş nazirinin investisiya layihələri üzrə müşaviri Məhəmməd əl-Nəccar KİV-ə açıqlamasında deyib. İraq rəsmisi bəyan edib ki, yerüstü və yeraltı olmaqla 3 xətdən ibarət olacaq metro layihəsi çərçivəsində artıq 250 ha torpaq sahəsi ayrılıb.
Layihə üzrə birinci mərhələnin həyata keçirilməsinə cari ilin sonunda başlanacığını bildirən iraqlı müşavir ilkin olaraq bir xəttin tikiləcəyini, daha sonra qalan xətlərin inşa ediləcəyini diqqətə çatdırıb.
Mətləb Salahov