“The Wall Street Journal” öz mənbələrinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya qarşı davam edən hücumlardan və sülh danışıqlarının ləng sürətindən getdikcə məyus olduğu üçün bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünür. Məhdudiyyətlər çətin ki, yeni bank sanksiyalarını əhatə etsin, lakin 30 günlük atəşkəs də daxil olmaqla, Putinə güzəştə getməsi üçün təzyiq etmək variantları müzakirə olunur.Bununla belə, nəşri yazır ki, Tramp yeni sanksiyalar tətbiq etməmək, əksinə, danışıqlardan çəkilmək qərarına da gələ bilər. WSJ qeyd edir ki, "Tramp da sülh danışıqlarından yorulub və onun düşüncəsinə bələd olan insanların fikrincə, son təkan nəticə verməsə, o,danışıqlardan imtina etməyi düşünür".
Surxay Əliyev