"Erməni İnqilabi Birliyi" - Daşnaksütyunun nümayəndəsi Mario Nalbandyan Sosialist İnternasionalının İstanbulda keçirilən toplantılarında iştirak edib. Bu barədə NEWS.am-a "Erməni İnqilabi Birliyi" - Daşnaksütyun Bürosunun “Hay Dat” mərkəzi ofisinin mətbuat xidmətindən məlumat verilib.Maraqlıdır ki,təməli qanla,zorakılıqla-terrorla qoyulan bir təşkilatın nümayəndəsi adı çəkilən toplantıda həyasızcasına Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin yerli xalqların hüquqlarına və onların ləyaqətli, təhlükəsiz və kollektiv şəkildə qayıtmalarına zəmanət verən qərarına məhəl qoymamaqda ittiham edir. Söylədiyi yalanlardan özü də vəcdə gələn Mario Nalbandyan iddia edib ki, guya Azərbaycan bu erməniləri minillik torpaqlarından qovub. Hansı ki,ermənilərin Qafqaza köçürülməsinin tarixi iki yüz ildən o yana geçmir.Həyasızlıqda bütün hədləri aşan Mario Nalbandyan dinc azərbaycanlılara qarşı soyqırım törədən,onlara divan tutan,insanlıq əleyhinə cinayətlərə imza atan canilərə az qala mələk donu geyindirir.Və Azərbaycanı guya beynəlxalq hüququ pozaraq erməni hərbi əsirləri əsir saxlamaqda günahlandırır.Sonda isə artıq boyatımış,çeynənmiş,yalan olduğu hamıya bəlli olan saxta erməni soyqırımdan bəhs edən Nalbandyan utanmadan ərz edir ki, əgər Türkiyə həqiqətən də regionda ədalətli, davamlı və davamlı sülhün bərqərar olmasına töhfə vermək istəyirsə, 1915-1923-cü illər erməni soyqırımına görə məsuliyyətini etiraf etməlidir”.
Surxay Əliyev