Ermənistan hakimiyyəti Sünik bölgəsində Fransanın fəxri konsulluğunun açılması planları barədə tez razılığa gəlib.Hansı ki, Rusiya tərəfi isə təxminən üç ildir ki, həmin regionda baş konsulluğun açılmasına icazə axtarır. Fransanın xarici işlər naziri Jan-Noel Barrot mayın 26-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı Gorus şəhərində diplomatik nümayəndəlik açmaq planlarını açıqlayıb. Fransanın Ermənistandakı səfirliyindən verilən məlumata görə, bu, baş konsulluq deyil, fəxri konsulluqdur. Səfirlikdən verilən məlumata görə, diplomatik nümayəndəlik yaxın vaxtlarda açılacaq.
Surxay Əliyev