Yelisey Sarayı Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun əks olunduğu videoya cavab olaraq rəsmi açıqlama yayıb:- “Video qeydi prezident və onun həyat yoldaşının səfər başlamazdan əvvəl əhval-ruhiyyəni bir az yüngülləşdirməyə cəhd etdikləri an lentə alıb – yumoristik tərzdə”, – deyə administrasiyanın bəyanatında deyilir. Belə ki, sosial şəbəkələrdə fırtınalı reaksiyaya səbəb olan hadisə rəsmi olaraq ər-arvad arasında heç bir münaqişə və ya hörmətsizlik əlaməti olmayan zərərsiz şəxsi an kimi qiymətləndirilib.Ancaq bu açıqlama daha çox cütlük arasında baş verənləri pərdələmək məqsədi güdür.Çünki təyyarədən eniş edəndə Makron xanımının əlindən yapışmaq istəsə də,o buna qarşılıq verməyib sürahidən yapışıb enməyə üstünlük verdi
Surxay Əliyev