RT-nin baş redaktoru Marqarita Simonyan NTV-də yayımlanan “Svoya Pravda” verilişinin efirində ABŞ prezidenti Donald Trampın həyatı və sağlamlığı ilə bağlı ciddi narahatlığını dilə gətirərək, bunu onun qurulmuş siyasi sistemə qarşı çıxmaq cəhdləri ilə əlaqələndirib. Onun sözlərinə görə, Trampın Amerika isteblişmentinin müəyyən etdiyi kursdan imtina etməsi tarixi presedentlər kontekstində həyəcan doğurur. Simonyan Rusiyaya qarşı sərt sanksiyaların tətbiqində israrlı olan dövlət katibi Marko Rubionun Trampa təzyiqinə də işarə edib. Simonyan vurğulayıb ki, Tramp sələflərindən fərqli olaraq, nəzərdə tutulan kursdan kənara çıxmağa hazır olduğunu nümayiş etdirib.
Simonyan Rubionun təzyiqlərinə baxmayaraq, onun bəzi qərarları imzalamaqdan imtina etməsini əsas gətirərək, Rubionun ənənəvi Amerika xarici siyasət yanaşmalarına sadiq qalmaqda israr etdiyini bildirib. "Tramp dəhşətli sözlər deyir və 19-cu əsrə qayıdır... Rubio isə ona təzyiq edir.Bu arada əsil erməni hiyləgərliyilə Trampa jest edən Simonyan SSRİ-yə daha yumşaq yanaşma tərzli, müstəqil siyasət yürütməyə cəhd edən və 1963-cü ildə öldürülən prezident Con Kennedinin taleyini xatırladıb. Lakin Trampın bu yaxınlarda Vladimir Putini təhqir etməsindən sonra Simonyanın Amerika prezidentinə haqq qazandırması çoxlu suallar yaradır.
Surxay Əliyev