Ermənilər Fransanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Etirazçılar Fransa hakimiyyətinin yürütdüyü siyasətə öz qəzəblərini bildirmək üçün diplomatik nümayəndəliyə gəliblər. Jurnalistlərlə söhbətində “Luys” informasiya-analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan deyib ki, vətəndaşların narazılığı məhz Fransanın təşkil etdiyi toplantıda Azərbaycanın əzəli torpağı olan Qarabağın – qondarma “Artsaxın” niyə Azərbaycan ərazisi kimi elan olunması ilə bağlıdır. Hansı ki,bu Qərbin planı idi. Və bu plan uğurla həyata keçirildi. Siz Makronun həyat yoldaşının onun üzünə şillə vurması ilə bağlı kadrlara baxın. Budur Fransa, hansı ki,özünü Ermənistanın dostu kimi təqdim edir və Ermənistanın təhlükəsizliyinin qarantı ola biləcəyi görüntüsü yaratmağa çalışır. Makron öz təhlükəsizliyini həyat yoldaşından qoruya bilmirsə, Ermənistanın təhlükəsizliyini necə təmin edə bilər",-deyə Hayk Ayvazyan bildirib.
Surxay Əliyev