ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barak bazar günü bildirib ki, Vaşinqton Ankara, Körfəz ölkələri və Avropa ilə birlikdə Suriyanın yenidən qurulmasına dəstək vermək üçün “çiyin-çiyinə” dayanmaq niyyətindədir:-"Biz indi ordular və mühazirələr ilə deyil, suriyalıların ləyaqətinə hörmət və onların inkişafına sərmayə qoymaq istəyi ilə hərəkət edirik" –deyə Tom Barak bildirib. O,1916-cı il Sayks-Piko razılaşmasını xatırladaraq, keçmişin müstəmləkəçilik siyasətini tənqid edib və bunun süni sərhədlərə və zülmə yol açdığını bildirib. "Bu səhvlər Suriya nəsillərinə baha başa gəldi. Biz onları bir daha təkrar etməyəcəyik", - deyə diplomat bildirib. Barak əlavə edib ki, Bəşər Əsəd rejiminin süqutu ölkədə sülh və firavanlığa yol açıb.
Surxay Əliyev