Rusiya və İsveç arasında gərginlik yaranıb. Buna səbəb Rusiyanın Stokholmdakı səfirliyinin binasına edilən hücumdur. Nümayəndəliyin məlumatında deyilir ki, dron vasitəsilə səfirliyin girişinə boya dolu banka atılıb. Rusiya səfirliyinin bəyanatında bildirilir ki, bu, oxşar xarakterli ilk insident deyil, hücumlar artıq bir ildən çoxdur mütəmadi şəkildə baş verir. İsveç polis orqanlarına və Xarici İşlər Nazirliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, belə halların qarşısının alınması üçün tədbirlər görülməyib.
Moskva İsveçə rəsmi etiraz notası təqdim etməyə hazırlaşır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsveç hakimiyyətini “ekstremistləri cilovlamağa, vəziyyətə nəzarəti ələ almağa və Vyana Konvensiyasına uyğun öhdəlikləri ciddi şəkildə yerinə yetirməyə” çağırıb.
Mətləb Salahov