“TASS” mənbələrinə istinadən xəbər verir ki, hazırda Rusiya və Ukrayna arasında birbaşa danışıqların ikinci raundu üçün ən çox ehtimal olunan məkan İstanbuldur. "Vatikan bir sıra səbəblərə görə, o cümlədən logistika baxımından görüş yeri olmayacaq, Hazırda ən çox ehtimal olunan variant İstanbuldur. "Təfərrüatlar tezliklə açıqlanmalıdır", - deyə agentliyin mənbəsi bildirib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vatikanın Moskva və Kiyev arasında növbəti danışıqlar üçün platforma rolunu oynaması təşəbbüsünü şərh edərkən, “ real olmayan variantların işlənib hazırlanmasında əqli potensialı sərf etməməyi” məsləhət görüb və iki pravoslav ölkəsinin görüşünün katolik torpaqlarında keçirilməsi variantını “bir az qeyri-qanuni” adlandırıb.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında danışıqların birinci raundu keçirilib.
Surxay Əliyev