İran indiyədək misli görünməmiş radar sistemini təqdim etdi

“Mehr” agentliyi xəbər verir ki, İran ölkənin mülki aviasiya sektorunu hədəf alan xarici sanksiyalar fonunda öz istehsalı olan təkmil hava nəqliyyatı radarını təqdim edib. İran prezidenti Məsud Pezeşkian şənbə günü videobağlantı vasitəsilə ölkənin cənub-qərbindəki Abadan hava limanında MSSR-Mode S radar sisteminin yerləşdirilməsinə göstəriş verib. İranın Nəqliyyat Nazirliyinin rəsmiləri bildiriblər ki, təkmilləşdirilmiş radar sistemi regionda hava hərəkətinə nəzarət şəbəkəsini gücləndirəcək. Press TV xəbər verir ki, İran Hava Limanları və Hava Naviqasiya Şirkətinin baş direktoru Məhəmməd Əmirani bildirib ki, ikinci dərəcəli müşahidə monopulslu radar sistemi tamamilə yerli şirkətlər tərəfindən layihələndirilib və istehsal edilib. Amirani, İranın mərkəzindəki İsfahan Texnologiya Universitetinin alimlərinin layihəyə töhfə verdiyini bildirərək sistemin 450 kilometr radiusda daxili və beynəlxalq uçuşları izləyə biləcəyini bildirib. Amirani, hökumətin layihəyə təxminən 6,9 milyon avro (7,84 milyon dollar) xərclədiyini və idxal xərclərini təxminən 1 milyon avro azaltdığını deyib.
Surxay Əliyev