İsrail bütün zirehli qoşunlarını Qəzzaya yeritdi

Yerli media şənbə günü bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) bütün piyada və zirehli briqadalarını Qəzzaya yerləşdirib. Bu, İsrailin Zolaqda böyük hücumunu gücləndirdiyi vaxta təsadüf edir. Ordu daha əvvəl 24 saat ərzində 100-dən çox hədəfi vurduğunu bildirərək, hədəfin HƏMAS-ın istifadə etdiyi infrastruktur olduğunu bildirib. İsrail rəsmiləri daha əvvəl demişdilər ki, HƏMAS girovların qaytarılması və tərksilahla razılaşana qədər İsrail ordusu Zolaqda hücumlarını gücləndirəcək. Qəzzanın Səhiyyə Nazirliyi İsrailin zərbələri nəticəsində ölən 79 nəfərin cəsədinin xəstəxanalara aparıldığını bildirib. Bu göstəriciyə təsirə məruz qalan şimaldakı xəstəxanalar daxil deyil, çünki onlar İsrail hərbçiləri tərəfindən mühasirəyə alınıb,heç kimə obyektləri tərk etməyə və ya girməsinə imkan verilmir. Qəzza Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, fələstinli həkimin 10 uşağından 9-u cümə günü həlak olanlar arasındadır.
Surxay Əliyev