Zelenski ABŞ-ı Rusiyaya qarşı susqunluqda ittiham etdi

Zelenski hesab edir ki,Putini müharibəni bitirmək barədə düşünməyə məcbur etmək lazımdır, RBC-Ukrayna xəbər verir. Zelenskinin sözlərinə görə, Rusiyanın kütləvi zərbəsindən sonra xilasedicilər bu gün Ukraynanın 30-dan çox şəhər və kəndində işləyirdi. Rusiya zərbələrinin hədəfi Kiyev və Jitomir, Xmelnitski, Ternopil, Çerniqov, Sumi, Odessa, Poltava, Dnepr, Nikolayev, Xarkov və Çerkassı vilayətləri olub. "Dünya həftə sonuna gedir, ancaq həftə sonları və iş günlərindən asılı olmayaraq müharibə davam edir. Buna göz yummaq olmaz. "Rusiyanın davamlı hücumları fonunda Amerikanın və başqa ölkələrin susması Putini daha da ruhlandırır", - deyə Ukrayna prezidenti bildirib. Onun sözlərinə görə, “Rusiya rəhbərliyinə güclü təzyiq olmadan Moskvanın bu qəddarlığını dayandırmaq mümkün deyil”. Zelenski bir daha ABŞ, Avropa və digər ölkələri Rusiyaya təzyiq göstərməyə çağırıb. "İndi qətiyyət vacibdir - ABŞ-ın qətiyyəti, Avropa ölkələrinin, dünyada sülh istəyənlərin əzmi vacibdir. Dünya Rusiya iqtisadiyyatının bütün zəif tərəflərini bilir. Müharibəni dayandırmaq olar, ancaq Rusiyaya lazımi təzyiq etməklə. Putini raket atmaq haqqında deyil, müharibəni bitirmək barədə düşünməyə məcbur etmək lazımdır", - deyə Ukrayna prezidenti yekunlaşdırıb.
Surxay Əliyev