Rusiya üçün yay hücumu onun son şansı olacaq

Ekspertlər hesab edir ki, indi Moskvaya təzyiq göstərməyin effekti daha yüksək ola bilər.Çünki Rusiyanın Ukraynadakı döyüş meydanında imkanları azalmağa başlayıb və yay hücumu ciddi canlı qüvvə və silah çatışmazlığı ilə üzləşən Moskvanın Ukrayna müdafiəsini yarmaq üçün son şansı ola bilər. Bu barədə “The Washington Post” amerikalı və avropalı rəsmilərin və hərbi ekspertlərin bəyanatlarına istinadən yazır. Tramp son günlər sərt maliyyə sanksiyaları təhlükəsindən geri çəkilmiş kimi görünsə də, ekspertlər hesab edir ki, Moskvaya məhz indi təzyiq göstərmək münaqişənin ilk günlərindən daha effektli ola bilər. ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin hesablamalarına görə, münaqişə danışıqlar yolu ilə həll olunmasa və ya Qərbin Ukraynaya “etibarlı” yardımı olmasa, müharibə “2025-ci ildə yavaş-yavaş Rusiyanın xeyrinə inkişaf etməyə davam edəcək”.
Surxay Əliyev