Rusiyanın Ukraynadakı döyüş meydanında üstünlüyü getdikcə zəifləyir

“The Washington Post” xəbər verir ki, Rusiyanın Ukraynada hərbi qüdrəti zəifləyir və gələn ilə qədər Moskva kadr və texnika çatışmazlığı ilə üzləşə bilər. Qəzetə müsahibə verən yüksək rütbəli ABŞ və Avropa rəsmilərinin sözlərinə görə, eyni zamanda, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya təzyiqləri azaldır, Avropa İttifaqı isə Kiyevə yardımı artırmağa çalışır. Qeyd olunur ki, son günlər Tramp Moskvanın Kiyevlə atəşkəsə razılıq verməməsi halında əvvəllər danışdığı sərt maliyyə sanksiyaları təhlükəsindən imtina etməyə meylli görünür. Əvəzində Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq telefon danışığından sonra o, Rusiya ilə mümkün yeni ticarət sövdələşmələrini açıqlayıb. Belə ki,“Tramp Amerika rəhbərliyinin əvəzinə danışıqları avropalıların, bəlkə də yeni Papanın öhdəsinə buraxmağı düşünür”, - deyə nəşr yazır.
Surxay Əliyev