Tramp dünyada demokratiyanı ordu gücüylə yaymayacaq

ABŞ prezidenti Donald Tramp Amerika ordusunu “silah gücü ilə” demokratiyanı bütün dünyaya yaymaqdansa, öz sərhədlərini qorumağa yönəldəcəyini vəd edib. "Biz silahlı qüvvələrimizin əsas missiyasının öz sərhədlərimizi işğaldan qorumalı olmasıyla bağlı fundamental prinsipi bərpa edirik".Bu sözləri Tramp şənbə günü, mayın 24-də West Point, Nyu-Yorkda Birləşmiş Ştatların Hərbi Akademiyasında çıxış edərkən deyib.
Surxay Əliyev