Ən böyük qızıl ehtiyatları yerin nüvəsində gizlənir

Dünyanın ən böyük qızıl ehtiyatları əslində yer üzündə gözlədiyimizdən daha dərində gizlənir. Yer kürəsinin qızıl və digər qiymətli metallarının 99,999%-dən çoxu Yerin metal nüvəsində kilidlənmiş və bəşəriyyətin əli çatmayan 3000 km-lik bərk qayanın altında yerləşir. Göttingen Universitetinin tədqiqatçıları Havay adalarındakı vulkanik qayalarda qiymətli metal ruteniumun (Ru) izlərini aşkar ediblər ki, bu da son nəticədə Yerin nüvəsindən gəlməlidir. Nəticələr Nature jurnalında dərc olunub.
Surxay Əliyev