Banqkokda küçədə tapılan pişik polis əməkdaşlarını bir neçə dəfə dişləyib. Şot və pəncə izləri yumoristik şəkildə çəkilən pişik qısa zamanda sosial mediada trend mövzusuna çevrilib. Pişiyin sahibi postlardan sonra polisə gələrək ev heyvanını geri götürüb. Taylandın paytaxtı Banqkokda pişik küçədən çıxarılaraq polis bölməsinə gətirilib. Lakin polis məmurlarını dişləməkdən əl çəkməyən pişik polis məmuru Parinda Pakeesukun sosial şəbəkədəki paylaşımları ilə gündəmə gəlib. Polis idarəsində aqressiv davranışlar nümayiş etdirən pişik polisin səbrini tükəndirib. Pakeesuk, pişiyin "polis məmurlarına hücum etməkdə günahlandırıldığını" söylədi və əlavə etdi: "Lütfən, bu postu paylaşın ki, sahibi gəlib onu xilas edə bilsin." Pişiyə xüsusi kamerada yemək və su verilərkən, polis bu vəziyyəti yumoristik şəkildə lentə alıb. Sosial şəbəkələrdə diqqət çəkən paylaşımlar nəticəsində pişiyin sahibi pişiyinə sahib çıxıb və polisə gedərək ev heyvanını geri götürüb. Pakeesuk hadisəni yumoristik bir qeydlə bitirərək,qeyd edib ki, "Bu işi düzgün həll etmək lazımdır ki, digər pişiklər insanları dişləməyin məqbul olduğunu düşünməsinlər"
Surxay Əliyev