Vladimir Zelenski Vladimir Putinlə mümkün görüşə fəal şəkildə hazırlaşır. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa deyib. O qeyd edib ki, Kiyev beynəlxalq vasitəçilərin iştirakı ilə genişləndirilmiş danışıqlar formatını nəzərdən keçirir. "Biz etiraf edirik ki, bu görüş geniş formatda da ola bilər. Biz prezident Trampın da ona qoşulmasını çox istərdik. Eyni zamanda Avropanın gələcək mümkün danışıqlar masasında olmasında israrlıyıq", - deyə UNIAN xəbər agentliyi onun sözlərindən sitat gətirir. “Bizim ABŞ-ın iştirakına ehtiyacımız var, biz Trampın sülh səylərini alqışlayırıq”, - deyə nazir vurğulayıb. Sibiqanın sözlərinə görə, gündəliyin üçüncü məsələsi Zelenski ilə Putin arasında şəxsi görüşün təşkili olacaq. Bundan əvvəl Donald Tramp danışıqların Vatikanda aparılmasını təklif etmişdi.. “The Washington Post” xəbər verir ki, İtaliya Rusiya nümayəndələrini qəbul etməyə hazır olması barədə Moskvanı xəbərdar edib. Lakin Bloomberg Rusiya hakimiyyətindəki mənbələrə istinadən yazıb ki, Vladimir Putin nə Vatikanda, nə də başqa yerdə danışıqlarda iştirak etməyi planlaşdırmır.
Surxay Əliyev