"Dawn" xəbər verir ki, Pakistan Hava Limanının İdarəsi Hindistan təyyarələrinin öz hava məkanında uçmasına qoyulan qadağanın iyunun 24-dək uzadıldığını bildirib. Aprelin 24-də Pakistanın ali rəhbərliyi Nyu Dehli ilə qarşıdurma şəraitində Hindistana məxsus və ya bu ölkə tərəfindən idarə olunan bütün aviaşirkətlər üçün hava məkanını bağlamaq qərarına gəlib.
Surxay Əliyev