Hindistan və Pakistan arasında bu ayın əvvəlində dörd günlük toqquşmadan sonra gərginlik yenidən artıb.
Gərginliyin yüksəlməsinə səbəb isə Hindistan əsgərlərinin sərhədi keçdiyi iddia edilən bir Pakistan vətəndaşını güllələməsi olub.
Hücum bu ayın əvvəlində nüvə silahına malik iki qonşu arasında dörd gün davam edən toqquşmadan sonra baş verib. Hər iki tərəfin qarşılıqlı ittihamları və hərbi müdaxiləsi nəticəsində toqquşmalarda 70-dən çox insan həyatını itirib, tərəflər daha sonra atəşkəs elan ediblər.
Hadisənin baş verdiyi ərazi Pakistan-Hindistan sərhədində son zamanlar artan təhlükəsizlik insidentlərinin bir hissəsi hesab olunur. Hər iki ölkə vaxtaşırı bir-birini sərhədləri pozmaqda, casusluqda, dron hücumlarında və təxribat cəhdlərində ittiham edir.
TAHİR