İlk hava taksisinin istifadəyə verilməsi İranda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və aviasiya xidmətlərinin əlçatanlığının genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. İRNA xəbər verir ki, İran şənbə günü ölkənin ilk hava taksisini rəsmi olaraq istifadəyə verib və bununla da milli aviasiyanın inkişafında yeni səhifə açılıb. Qeyd olunur ki, mərasim zamanı İran prezidenti Məsud Pezeşkian bununla bağlı videomüraciət edib. O,ilk hava taksi reysi - Kərəc və Qəzvin reysinin bu iki şəhəri birləşdirəcək hava nəqliyyatının başlanğıcı olacağını qeyd edib. Payam Xüsusi İqtisadi Zonası və Beynəlxalq Hava Limanının baş direktoru Mohsen Hasanlu bu tədbirin ölkənin aviasiya sənayesi üçün xüsusi əhəmiyyətini vurğulayıb.
Surxay Əliyev