“Baş nazir Nikol Paşinyanın impiçmenti fonunda "Biz yatmırıq"təşəbbüsünün müəllifləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürə bilər”,-Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır. Qəzet hesab edir ki, müxalif “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları ölkənin baş nazirliyinə öz namizədlərini irəli sürməsələr, bu mümkün ola bilər. Nəşr qeyd edir ki, “bəlkə də məhz bu hadisələrin inkişafı ilə əlaqədardır ki, son günlər bəzi siyasi dairələr Vanetsyana qarşı əks-təbliğata başlayıblar, baxmayaraq ki, o, özü heç bir xüsusi siyasi fəallıq nümayiş etdirmir”. Məlum olduğu kimi,Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın impiçmenti üçün təşəbbüs irəli sürüb.
Surxay Əliyev