Ermənistanda 5-ci kolonun fəallaşması fonunda Köçəryanın Moskva səfəri

Ermənistanın Hraparak” nəşrinin yazdığına görə Rusiyada ermənipəst qüvvələr,5-ci kolon yenidən fəallaşıb. Belə ki,Rusiya yenidən Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başlayıb.Bəzi məlumatlara görə, bu dəfə müzakirə edilən mövzu Paşinyanın impiçmenti məsələsi olub. Ermənistanla iş üzrə yeni kurator, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko bu yöndə vəziyyətlə tanış olub. Bu barədə yazan “Hraparak” nəşri mövzunu inkişaf etdirərək yazır. “Bir neçə gün əvvəl Robert Köçəryan Moskvaya qısa səfər etdi, hansı ki, o, 1-2 ay əvvəl orada idi. Səfərini başa vuran Köçəryan mətbuat konfransı keçirərək aktivləşdiyini bildirdi. Bəzi məlumatlara görə, bu dəfəki əsas mövzu baş nazir Paşinyanın impiçmentdir və yaxın vaxtlarda bəyanatların səslənəcəyi, addımların atılacağı istisna edilmir. Yeri gəlmişkən, görüş və müzakirə təkcə Kiriyenko ilə deyil, Kremlin erməni məsələləri üzrə ixtisaslaşmış başqa bir rəsmisi ilə də baş tutub”, - deyə nəşr qeyd edir.
Surxay Əliyev