Bu həftənin əvvəlində üç lider birgə bəyanat yayaraq, İsrailin "Qəzzada dəhşətli hərbi hərəkətləri" ni pisləyib və Netanyahu kursunu dəyişməsə, "konkret tədbirlər" görəcəkləri barədə xəbərdarlıq ediblər.Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu Fransa, Britaniya və Kanada liderlərini “tarixin yanlış tərəfində” olmaqda və HƏMAS-ı dəstəkləməkdə ittiham edib. Nitanyahu cümə günü Emmanuel Makron, Kir Starmer və Mark Karninin adlarını çəkərək, "Kütləvi qatillər, təcavüzkarlar, uşaq qatilləri və adam qaçıranlar sizə təşəkkür edirsə, demək ki,siz ədalətin, bəşəriyyətin və tarixin yanlış tərəfindəsiniz" deyib.İsrailin baş naziri hesab edir ki, "Bu liderlər sülhü təşviq etdiklərini düşünə bilərlər, amma həqiqətdə elə deyillər.
Onlar Həmas-ı əbədi olaraq mübarizəni davam etdirməyə təşviq edirlər və HƏMAS-ın yenidən yəhudi dövlətini məhv etməyə çalışacağı və ikinci Fələstin dövlətinin yaradılması ümidini verirlər ", - deyə Netanyahu bildirib.
Surxay Əliyev