Kreml Vatikanın Ukrayna ilə danışıqlarda vasitəçilik təklifini rədd edərək, danışıqları Türkiyədə davam etdirməyə üstünlük verib. Bloomberg xəbər verir ki, Rusiya rəsmiləri bildirir ki,Rusiya prezidenti Vladimir Putinin sülh danışıqları üçün Vatikana və ya hər hansı başqa yerə səfər etməyi planlaşdırmır, bunun əvəzinə keçən həftə İstanbulda başlayan texniki danışıqlara diqqət yetirilir. Bu, ABŞ və Avropa liderlərinin Vatikanı Rusiya ilə Ukrayna arasında vasitəçi kimi cəlb etməyə ümid etdikləri vaxta təsadüf edir. Putinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə bildirib ki, danışıqların növbəti raundunun Vatikanda keçirilməsi ilə bağlı heç bir razılıq əldə olunmayıb.
Məlumatlı mənbələrdən biri nəşrə bildirib ki, Kreml danışıqların İstanbulda davam etdiriləcəyini gözləyir. Rusiya Türkiyəni Putinin Trampla telefon danışığı zamanı müzakirə etdiyi sülh razılaşmasının şərtlərini əks etdirən memorandum üzrə danışıqları davam etdirmək üçün ən yaxşı yer olaraq görür.
Surxay Əliyev