“Euronews” hərbi ifadələrə istinadən yazır ki, Rusiya əsirliyində olan ukraynalı hərbi əsirlərin Rusiya ordusuna qoşulmaq təklifi aldığı qeyd edilir. Ukraynalı məhbusların özlərinin dediyinə görə, onlara “Avropanı birlikdə fəth etmək” vədi ilə Rusiya tərəfinə keçmək təklif olunur. 36-cı dəniz briqadasının baş həkimi, könüllü Labuzov bildirib ki, dindirilmə zamanı ona Rusiya tərəfinə keçmək təklif olunub. Onun sözlərinə görə, demək olar ki, hər bir məhbus belə təkliflər alır. Rusiya müstəntiqləri söz verirlər ki, “Biz Ukraynanı azad edəcəyik, sonra isə birlikdə Avropaya doğru irəliləyəcəyik”.
Məlum olduğu kimi, İstanbulda Rusiya ilə Ukrayna arasında son üç ildə ilk birbaşa danışıqlardan sonra tərəflər genişmiqyaslı məhbus mübadiləsi aparmaq barədə razılığa gəliblər - min ukraynalı - min rusa. Bir çox ukraynalı ailələr üçün bu, bu üç ildə itkin düşən və ya əsir düşən yaxınlarından xəbər almaq üçün son ümiddir.
Surxay Əliyev