ABŞ senatoru Adam Şiff İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu ilə bağlı açıqlama verib. "Əgər İmamoğlunun günahını sübut edəcək heç bir sübut təqdim edilə bilməzsə, o, dərhal azad edilməlidir", - deyə Şiff bildirib. Cümə axşamı verdiyi açıqlamada Şiff prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə demokratiyasını geri çəkməkdə günahlandırıb və Senatdakı həmkarlarını məsələ ilə bağlı qətnaməni dəstəkləməyə çağırıb. Senator Şiffin hazırladığı Qanun layihəsində Ərdoğan və hüquq-mühafizə orqanları ya İmamoğlunu azad etməyə, ya da ona qarşı etibarlı sübutlar təqdim etməyə çağrıılır. “İmamoğlunun həbsi, jurnalistlərin və müxalif siyasətçilərin təqib edilməsi və həbsi Ərdoğan dövründə Türkiyədə demokratik geriləmənin bariz nümunəsidir”, - deyə Şiff qeyd edib. Qətnamə layihəsində həmçinin xarici işlər naziri Marko Rubio məsələ ilə bağlı açıq danışmağa və demokratik dəyərlərə hörmət çərçivəsində Türkiyəyə qarşı diplomatik səylər göstərməyə çağrılır.
Surxay Əliyev