İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqında KİPTAŞ, İSTAÇ və Yol İstismar Müdirliyində yol verilən qanunsuzluqlar səbəbilə saxlanılan 49 şübhəlidən 44-ü nəzarətə götürülüb. Beləliklə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı 4-cü dalğa əməliyyatı başlayıb. Bir çox adam haqqında həbs qərarı çıxarılıb. İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən İstanbul, İzmir, Trabzon, Antalya, Tunceli və Kocaelidə eyni vaxtda keçirilən əməliyyatlarda 42 nəfər saxlanılıb. İstintaq çərçivəsində İSTAÇ, KİPTAŞ və Yol İstismar İdarəsində aparılan yoxlamalarda qanun pozuntularına yol verildiyi iddia edilib. Saxlanılanlar arasında Əkrəm İmamoğlunun şəxsi katibi Kadriyə Kasapoğlu, Muxtar işləri şöbəsinin müdiri Yavuz Saltık, İmamoğlunun müdafiə müdiri Mustafa Akın, baş katibin müavini Gürkan Alpay və Kiptaş İdarə Heyətinin sədri Əli Kurt da var. Ziya Gökmen Togay, İbrahim Bülbüllü və Nezahat Kurt haqqında da həbs qərarı çıxarılıb. Barəsində həbs qətimkan tədbiri seçilən 49 nəfərdən 44-ü saxlanılıb.
Surxay Əliyev