Aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun mühakimə olunduğu iş üzrə hökm çıxarılıb. Məhkəmənin hökmü ilə Ergenç 1 il 10 ay 15 gün, Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun menecerləri Ayşe Barımın "Gezi Parkı" istintaqı ilə bağlı "yalan ifadə verməsi" iddiası ilə mühakimə olunub və iş üzrə hökm çıxarılıb. Məhkəmənin hökmü ilə Ergenç 1 il 10 ay 15 gün, Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
NƏ OLMUŞDU? Gəzi Parkı etirazlarını planlaşdıranlardan biri olmaq ittihamı ilə həbs edilən menecer Ayşe Barımla bağlı aparılan istintaq çərçivəsində iki futbolçu şahid ifadələri verib. İstanbul Respublika Prokurorluğunun hazırladığı iddianamədə iki aktyorun “Gezi Parkı” işi üzrə müttəhimlərdən olan sənətçi Mehmet Ali Alabora ilə əlaqəsi olub-olmaması ilə bağlı suallara verdiyi cavabların ziddiyyətli olduğu iddia edilib. Hər iki şəxs Alaboranı sənət ictimaiyyətindən tanıdıqlarını və onunla heç bir əlaqə saxlamadıqlarını bildiriblər.
Surxay Əliyev