Tramp cənubi afrikalı həmkarı Ramafosa Cənubi Afrikada ağdərililərin kütləvi şəkildə öldürüldüyü iddia edilən “şokedici fotolar” göstərib. Amma məlum olub ki, əslində foto Konqo Demokratik Respublikasında baş verən faciəli hadisələri əks etdirir. ABŞ prezidenti Donald Tramp Cənubi Afrikada ağdərili fermerlərin kütləvi şəkildə qətlə yetirildiyinə dair iddialarını sübuta yetirmək üçün saxta sübutlar təqdim edib. Reuters-in cümə axşamı, mayın 22-də verdiyi məlumata görə, Trampın nümayiş etdirdiyi fotoşəkillərdən biri ümumiyyətlə Cənubi Afrikada çəkilməyib. Əslində, bu, fevral ayında Konqo Demokratik Respublikasında Reuters-in çəkdiyi videodan bir kadrdır. Cənubi Afrika prezidenti Kiril Ramafosanın mayın 21-də Ağ Evə səfəri zamanı Tramp ona bu fotoşəkili göstərib və şəkildə öldürülmüş ağ fermerləri təsvir edildiyini iddia edib. Əslində isə görüntülər 2020-ci ildə Cənubi Afrikanın şərqində keçirilən etiraz aksiyasındandır, Katolik Xəbər Agentliyi Ramafosa qarşı ağ azlığa qarşı “soyqırım” ittihamlarını qəti şəkildə rədd edib. O, ölkədə zorakılığın yüksək səviyyədə olması problemini etiraf edib və əlavə edib ki, "Bəli təəssüf ki, insanlar cinayətkar fəaliyyət nəticəsində öldürülür lakin qurbanların əksəriyyəti qaradərilidir".
Surxay Əliyev