ABŞ daha bir ölkəyə silah satışına başlayır. Belə ki, Dövlət Departamenti Estoniyaya ümumilikdə 296 milyon dollar dəyərində Javelin daşına bilən tank əleyhinə raket komplekslərinin (ATGM) satışına dair sazişi təsdiqləyib. Bu barədə məlumatı Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi yayıb. Sazişə 800 ədəd FGM-148F raketi, həmçinin 84 komanda-raket bölməsi və təlim mərmisi daxildir.
Mətləb Salahov