İtaliya Milli Statistika İnstitutu (ISTAT) bu ölkədəki əhali azalması barədə yeni məlumat yayıb. Məlumata görə, İtaliyada doğum səviyyəsi kəskin aşağı düşüb, ötən il 370 min uşaq doğulub. Ölkədə doğuş qabiliyyəti də azalıb, doğum nisbəti isə tarixi minimuma enib. Qurumun açıqladığı son rəqəmdə deyilir ki, İtaliyada əhalinin 4,6 milyon nəfərini yaşlılar təşkil edir ki, bu da 10 yaşa qədər uşaqların sayından çoxdur.
Mətləb