Ukrayna Rusiya ilə əsir mübadiləsi üçün “1000-ə 1000” formatında nəzərdə tutulan siyahını artıq hazırlayaraq qarşı tərəfə təqdim edib. Bu barədə “RBK-Ukrayna”ya açıqlamasında Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı sədrinin müavini Andrey Yusov məlumat verib. “Ukrayna mübadilə üçün siyahını təqdim edib”, – deyə Yusov bildirib.
Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da “1000-in 1000-ə” formatlı əsir mübadiləsi üçün Ukraynadan siyahı aldıqlarını təsdiqləyib. Onun sözlərinə görə, İstanbulda Rusiya ilə Ukrayna nümayəndə heyətləri arasında əldə olunan razılaşmalara əsasən əsir mübadiləsi yaxın günlərdə baş tutmalıdır.
Mətləb Salahov