Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün atəşkəs razılaşması ilə bağlı Tramp, Putin və Zelenski arasında birbaşa danışıqlar davam etdiyi bir vaxtda Rusiya prezidenti Ukrayna sərhədində yeni hərbi addımlarla bağlı orduya tapşırıq verib.
Putin hökumət rəsmiləri ilə videokonfrans vasitəsilə keçirdiyi görüşdə təhlükəsizliyin artırılması məqsədilə Rusiya ilə Ukrayna sərhədində bufer zonanın yaradılmasına qərar verildiyini və hazırda ordunun bu iş üzərində çalışdığını bildirib.
"Sərhəd boyu lazımi təhlükəsizlik üçün bufer zonanın yaradılması barədə qərarın qəbul edildiyini əvvəllər açıqlamışdı. Hazırda silahlı qüvvələrimiz bu tapşırıq üzərində işləyir", - deyə Rusiya lideri bildirib.
Xarici media yazır ki, diplomatik dairələr bufer zonanın əhatə dairəsi və statusu məsələsinin gələcək sülh danışıqlarında əsas müzakirə mövzularından biri olacağını bildirir.
Qeyd edək ki, bir neçə gün əvvəl Kurska gedən Putin Ukraynanın Sumi vilayətinə doğru hərbi əməliyyatların mümkünlüyünə işarə edib: "6 ay ərzində Luqanskdan Baxmuta qədər az itki ilə irəlilədik. Sumi və Xarkovdakı əməliyyatlar Ukrayna Rusiya ərazilərinə zərbələr endirməyini dayandırana qədər davam edəcək".
TAHİR