İsrail və Türkiyə Suriyada iki ölkənin hərbçiləri arasında hər hansı arzuolunmaz insidentlərin qarşısını almaq məqsədi ilə prinsipial razılığa gəlib və münaqişələrin qarşısını almaq üçün qaynar xətt yaradıb. “The Times of Israel” xəbər verir ki, razılıq çərşənbə günü iki ölkənin ortaq müttəfiqi olan Azərbaycanın vasitəçiliyi ilə bir aydan çox davam edən danışıqlardan sonra əldə olunub. Qaynar xətt qoşunları ölkənin cənubunda olan İsrail ilə ölkənin şimalında hərbi əməliyyatlar aparan Türkiyə arasında toqquşmaların qarşısını almaq üçün istifadə olunacaq. İsrail Türkiyəni Suriyanı Türkiyənin protektoratına çevirmək cəhdində ittiham edib, Ankara isə öz növbəsində Əsədin devrilməsindən sonra İsrailin bu ölkədəki hərbi fəaliyyətini kəskin tənqid edib.
Qeyd edilir ki,İsrail Suriya rəsmiləri ilə gizli danışıqlar aparır, o cümlədən yeni rejimin İbrahim razılaşmalarına qoşulma ehtimalı ilə bağlı...
Surxay Əliyev