İranın ali dini rəhbəri Əli Xamenei ABŞ-a meydan oxuyan bəyanat yayıb. İran lideri bildirib ki, İran uranın zənginləşdirilməsi üçün heç kimdən icazə almayacaq. “Qarşı tərəfə xəbərdarlıq etmək istərdim: vasitəçilər vasitəsilə bu danışıqlarda iştirak edən ABŞ nümayəndələri boş-boş danışmamağa çalışsınlar. İrana uranı zənginləşdirməyə imkan verməyəcəyinizi söyləmək böyük səhvdir. Bizə heç kimin icazəsi lazım deyil. Növbəti dəfə mən İran xalqına izah edəcəyəm ki, onlar niyə uranın zənginləşdirilməsinə bu qədər diqqət yetirirlər, niyə Qərb, ABŞ və başqaları İranda zənginləşdirmə prosesinin dayandırılmasında israrlıdırlar”, - dini lider bildirib.
Mətləb