21 may 2025-ci ildə Rusiya prezidentinin müşaviri Anton Kobyakov Sovet İttifaqının 1991-ci ildə dağılma prosedurunun pozulması səbəbindən hüquqi olaraq mövcudluğunu dayandırmadığını iddia edən bəyanat verdi. Və o, Ukrayna böhranının guya SSRİ daxilində sağ qalan “daxili proses” kimi qiymətləndirdi. Kobyakov hətta konstitusiya hüququ ekspertlərini onun tezislərini qiymətləndirməyə belə çağırıb.Lakin o, bunun Belarus, Qazaxıstan və başqa keçmiş sovet respublikalarının suverenliyinə necə təsir etdiyini açıqlamayıb. Bəyanat ekspert dairələrində və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Prezident administrasiyasında beynəlxalq forumlara nəzarət edən Kobyakov 1991-ci ilin dekabrında Belovej sazişi imzalanarkən sovet qanunvericiliyinə əməl edilməməsini əsas gətirib. Onun sözlərinə görə, SSRİ Ali Sovetinin sazişi təsdiq etməməsi,SSRİ-nin ləğvini hüquqi cəhətdən etibarsız edir. Bir halda ki,“SSRİ ləğv edilməyibsə, indiki münaqişələr, o cümlədən Ukrayna münaqişəsi də daxili proseslər hesab edilə bilər”-deyə Kobyakov bildirib. Verilən bu bəyanat qonşu ölkələrdə hiddət doğurub, baxmayaraq ki, hələ postsovet ölkələrindən bu məsələyə aydınlıq gətirilməsi üçün rəsmi müraciətlər daxil olmayıb.
Surxay Əliyev