Prezident Donald Tramp çərşənbə günü Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə Oval Ofisdə mətbuat konfransı keçirib. Görüş əsnasında NBC News-un müxbiri Peter Aleksandr Prezident Trampa Pentaqonun Çərşənbə günü 400 milyon dollarlıq Qətər təyyarəsini Hərbi Hava Qüvvələrinin istifadəsinə verilməsiylə bağlı sorğu ünvanladı.
"SƏN YETƏRİNCƏ AĞILLI DEYİLSƏN"
Tramp Aleksandrın sualını yarımçıq kəsdi:-"Sən nə danışırsan? Sən buradan cəhənnəm olub getməlisən. Bunun Qətər təyyarəsi ilə nə əlaqəsi var? Sən həqiqətən dəhşətli müxbirsən. Bir nömrəli, müxbir olmaq üçün lazım olan şeylərə sahib deyilsən. Sən kifayət qədər ağıllı da deyilsən" deyə Tramp bildirdi.ABŞ Hərbi Hava Qüvvələrinə verilən təyyarənin “çox gözəl bir şey” olduğunu deyən ABŞ prezidenti Qətərin 5,1 trilyon dollar sərmayə qoyduğunu ayrıca qeyd etdi.
Surxay Əliyev