Səs-küylü hədiyyə artıq ABŞ-dadır. Söhbət Qətər Dövləti tərəfindən Ağ Ev sahibi Donald Trampa edilən bahalı təyyarə hədiyyəsindən gedir. ABŞ Müdafiə Nazirliyi – Pentaqon Qətər tərəfindən hədiyyə olunan 400 milyon dollar dəyərində lüks təyyarəni qəbul edib. Məlumatı ilk olaraq "The Wall Street Journal" yayıb. Bildirilir ki, Tramp administrasiyası bu təyyarənin ABŞ prezidentinin rəsmi avialayneri kimi xidmət göstərəcəyini bəyan edib. Məlumatda deyilir ki, bu təyyarə prezident Donald Trampın istifadəsi üçün yeni "Air Force One" kimi nəzərdə tutulur. Mətləb