Papa XIV Leo mayın 21-də İsrailə təcili olaraq Qəzzaya humanitar yardıma icazə verməyə və eksklavı dağıdan bombardmanları dayandırmağa çağırıb. XIV Leo Müqəddəs Pyotr meydanında minlərlə dindar qarşısında deyib: "Vəziyyət getdikcə daha həyəcanlı və kədərli hal alır". "Sizi bir daha Qəzzaya edilən humanitar yardımın yolunu açmağa çağırıram. Hərbi əməliyyatları dayandırın. Bütün bunların əvəzini uşaqlar, qocalar və xəstələr ödəyir". Bu, Papanın pontifikliyinin başlanmasından bəri iki həftə ərzində Qəzzada atəşkəsə çağıran üçüncü ictimai müraciətidir. Bazar günü ilk mesajında o, həmçinin HƏMAS-ın əlində olan israilli girovların da azad edilməsini və müharibənin dərhal dayandırılmasını istəyib. Papa Leonun danışıq tonu İsrailin Qəzzadakı hərəkətlərini dəfələrlə pisləyən, onları "qəddar", "utanc verici" və "soyqırıma yaxınlaşan" adlandıran sələfi Papa Fransiskin səs tonu ilə səsləşir. Frensis açıq şəkildə bildirirdi ki, uşaqları bombalamaq müharibə deyil, terrordur. O, Qəzzadakı Müqəddəs Ailənin Katolik Kilsəsi ilə gündəlik əlaqə saxlayırdı və ölənə qədər humanitar yardımların tam çatdırılmasını tələb edirdi.
Surxay Əliyev