"Cənubi Qafqazda iki tendensiya toqquşdu". Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də İrəvanda Rusiya-Ermənistan Universitetinin müəllim və tələbələri ilə görüşündə bildirib. "Bir tendensiya var ki,o,region ölkələrinin seçimlərinə, eləcə də qonşularının maraqlarına hörmət etməkdir. Digər bir tendensiya isə hansı ki, bu Qərb və ilk növbədə, Aİ tərəfindən irəli sürülür, məqsəd öz təsirini yaymağa və region ölkələrinin (Ermənistan, Azərbaycan və Gürcüstan) böyük qonşuları (Rusiya, İran və Türkiyə) ilə konsolidasiyasının qarşısını almağa çalışır. Lavrov onu da qeyd edib ki, Qərb "ya bizimlə, ya da bizə qarşı" prinsipini irəli sürür.
Surxay Əliyev