Çeçenistan rəhbərinin oğlu, 17 yaşlı Adəm Kadırov Rusiya Milli Qvardiyasının inkişafındakı xidmətlərinə görə OMON-un “Axmat-Qala” medalı ilə təltif edilib. "Kommersant" nəşri xəbər verir ki, o, əvvəlki mükafatını ötən həftə, mayın 12-də alıb. Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkəti VKontakte-də xəbər verir ki, Adəm Kadırov "fəal təşəbbüsə, döyüş tapşırıqlarının yerinə yetirilməsində köməyə və Rosqvardiya bölmələrinin inkişafına verdiyi mühüm töhfəyə görə" təltif edilib. Medalı bölük komandiri Əbdül-Kərim Kadırov təqdim edib. Mayın 12-də isə Ramzan Kadırovun oğlu Adəmin “Axmat-Qroznı” OMON- 25 il” yubiley medalı ilə təltif olunduğu elan edilib.Mərasimdə Belarusdan Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Baş İdarəsinin OMON-unu təmsil edən nümayəndə heyəti də iştirak edib. 15 yaşında Adəm Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc rəhbəri oldu. 2025-ci ilin aprel ayından Daxili İşlər Nazirliyinin regional idarəsinin kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ay da Adəm Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi oldu.
Surxay Əliyev