Ukraynanın baş diplomatı Kiyevin prezidentlər Zelenski və Putin arasında birbaşa təmasda maraqlı olduğunu təsdiqləyib. Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa çərşənbə axşamı Brüsseldə bildirib ki, Kiyev Vladimir Zelenski ilə Vladimir Putin arasında şəxsi görüşdə maraqlıdır:- "Mən təsdiq edə bilərəm ki, mümkün təmasların təşkili,o cümlədən dövlət liderləri səviyyəsində Vatikan tərəfindən edilib", - deyə Sibiqa Euronews-a şərhində bildirib və əlavə edib ki, Ukrayna "belə bir görüşün keçirilməsi üçün potensial yerləri araşdırmağa" hazırdır. Ukrayna diplomatiyasının rəhbərinin sözlərinə görə, prezident Zelenski Donald Trampla görüşmək imkanını da nəzərdən keçirir. Bir gün əvvəl ABŞ prezidenti telefon danışığı aparıb - əvvəlcə Zelenski ilə, sonra Putinlə. Yeni Papa prezident Zelenski və həyat yoldaşı ilə şəxsən danışıb. Nazir Sibiqa onların görüşünü “son dərəcə səmimi və mənalı” adlandırıb.
Surxay Əliyev