Ermənilər Sergey Lavrovun İrəvana səfərinə etiraz etdilər

Mayın 21-də İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında Ermənistanın Avropa Partiyasının təşəbbüsü ilə etiraz aksiyası keçirilib. Etirazçılar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinə və qəbuluna etiraz ediblər. Etirazçılar əllərində Ermənistan və Avropa İttifaqının bayraqları, habelə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun təsvirləri olan, üzərində “Qatillər” sözləri yazılmış plakatlar tuturlar. Aksiyayla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə əlavə polis qüvvələri yerləşdirilib.
Surxay Əliyev