Rusiya “İsgəndər” raketi ilə Ukraynada təlim poliqonunu vurdu, Kiyevdə Baş Qərargah rəisinin istefası istəndi... - VİDEO

Rusiya Müdafiə Nazirliyi “İsgəndər” raketi ilə Sumı vilayətinin Şostka qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 1-ci xüsusi təyinatlı briqadasının təlim düşərgəsini vurub.
Nazirliyin məlumatında, hücumda 20-si təlimatçı olmaqla 70-ə yaxın Ukrayna əsgərinin həlak olduğu, bir sursat anbarı və 10-a yaxın maşının sıradan çıxarıldığı iddia edilir. Kəşfiyyat fəaliyyətləri nəticəsində hədəfin yerinin müəyyən edildiyi və koordinatların “İsgəndər” raket sistemlərinə ötürülməsi ilə əməliyyat aparıldığı bildirilib.
RBC isə xəbər verir ki, Sumı vilayətində təlim poliqonuna hücumdan sonra oradakı hərbi birliyin komandiri müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb. Ukrayna Milli Qvardiyası hücum zamanı 6 əsgərin öldüyünü, ondan çoxunun isə yaralandığını açıqlayıb. Hadisədən sonra Ukrayna parlamentinin bəzi üzvləri sərhədə bu qədər yaxın ərazidə keçirilən təlimi “məsuliyyətsizlik” adlandırıb və Baş Qərargah rəisi Aleksandr Sirskinin istefasını tələb ediblər.
TAHİR