NYT: “Trampı artıq Rusiyaya qarşı sanksiyalar maraqlandırmır onun başqa planları var”

ABŞ rəsmiləri hesab edirlər ki, Rusiyaya qarşı əlavə sanksiyalar biznesin inkişafına mane olacaq, Tramp isə ABŞ üçün iqtisadi imkanları maksimum dərəcədə artırmaq istəyir. Donald Tramp Vladimir Putinlə danışdıqdan sonra deyib ki, Rusiya və Ukrayna sülh danışıqlarından çəkilməyi planlaşdırdıqları üçün müharibənin həllini də onlar özləri tapmalıdırlar. “The New York Times” yazır ki, məsələ ilə tanış olan mənbələrin fikrincə, Tramp Rusiyaya qarşı yeni sanksiyalarla bağlı Avropanın təzyiq kampaniyasına qoşulmaqdan geri çəkilib. Nəşr yazır: “Əgər Tramp yenidən kursunu dəyişməsə, Putin tam istədiyinə nail olacaq: Beləliklə nəinki Amerikanın təzyiqinə son qoyulacaq, həm də NATO daxilində, amerikalılarla avropalı müttəfiqləri arasında dərin çatlar yaranacaq”.
Surxay Əliyev