Türkiyə kəşfiyyatının rəhbəri ilə Suriya prezidenti YPG-nin tərksilah edilməsini müzakirə etdilər

Danışıqlarda Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın və Suriya prezidenti Əhməd əl-Şaraa kürd YPG hərəkatının silahlarını yerə qoyması və Suriya təhlükəsizlik qüvvələrinə inteqrasiyası müzakirə edilib.Bu barədə Reuters təhlükəsizlik mənbəsinə istinadən xəbər verir. “YPG-nin də digər qruplar kimi silahlarını yerə qoyması və sərhəd təhlükəsizliyi və sərhəd zastavaları da daxil olmaqla yeni Suriyaya inteqrasiyası müzakirə edilib...”, - deyə mənbə bildirib. Mart ayında Kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbərliyi Dəməşqdə rəsmi Suriya hökuməti ilə Suriyanın şimal-şərqindəki kürd muxtariyyətinin bütün mülki və silahlı strukturlarının dövlət institutlarına inteqrasiyası haqqında saziş imzalayıb.
Surxay Əliyev